Rayon rəhbərinin Ağkənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Dəmirçilər kənd İƏD üzrə nümayəndəliyinin Ağkənd kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Rayon rəhbəri Azərbaycanın Qarabağ İqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasından, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ictimai fəalların Laçın-Şuşa yolunda keçirdiyi etiraz aksiyaları ilə bağlı bəyanatından, bəyanatda ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoyulması, dünya ictimaiyyətinin, beynəlxalq qurumların və beynəlxalq qeyri-hökumət təşkilatlarının insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırmasından da danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Ağkənd kəndinin 667 hektar ərazisi, 248 təsərrüfatı, 1055 nəfər əhalisi var. Ərazidə 1 körpələr evi-uşaq bağçası, 3 ticarət, 1 iaşə, 2 məişət obyektii fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 493 baş iribuynuzlu, 815 baş xırdabuynuzlu heyvan, 4310 baş quş, 91 yeşik arı ailəsi saxlayırlar.
Ağkənd kəndində son üç ildə 500 metr kəndarası yol cari təmir olunub, əkin sahələrinə gedən su arxları 2 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1400 ədəd tut tingi, 10 ədəd küknar, 2 ədəd xan çinar və digər ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəşid Sultanov kəndin işıqlandırılma xəttinin təmiri, yolda sürət həddinin azaldılması üçün maneənin quraşdırılması, Musa Əzimov həyətyani sahəsində tövlə tikilməsinə icazə verilməsi. İbrahim İbrahimov həyat yoldaşının xəstəliklə bağlı təqaüdə çıxması, telefon xəttinin çəkilməsi və həyətyani torpaq sahəsinin ayrılması, Sovet Sadıqova, Mehriban Rzayeva, Arif Məhərli və Bahar Haqverdiyeva Məşğulluq Mərkəzi tərəfindən hevandarlıq aktivləri ilə təmin olunma, Fəridə Nemətova şəhid olumuş qardaşının adının əbədiləşdirilməsi, Natiq Quluzadə işlə təmin olunma, Talıb Bayramov arxın təmizlənməsi, Almaz Dünyamalıyeva Bələdiyyə torpağının icarəsinə verilməsi, Əli Əliyev xəstəliyi ilə bağlı təqaüdə çıxarılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.