Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir

04 noyabr 2022 | 12:06

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir. İcra başçısı növbəti dəfə əslən Kəlbəcər rayonundan olan Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidin ailə üzvləri ilə birgə Ülfətin xatirəsini anıb, bir daha onun döyüş yoluna nəzər salıb.

Ülfət Novruz oğlu Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Ülfət Rzayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Cəmilli kəndində dəfn edilib.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ülfət Rzayevin doğulduğu Cəmilli kəndində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun da şəkli mərmər löhvəyə həkk olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

 

Keçidlər