Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Zəfər günündə Vətən Müharibəsi Qazisi Paşazadə Amidin toy şənliyində iştirak edib

08 noyabr 2025 | 21:12

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Hüquq mühafizə orqanlarının əməkdaşları, rayon Ağsaqqallar şurasının sədri faiq Məmmədov, Vətən müharibəsi qaziləri ilə birlikdə Vətən Müharibəsinin ikinci qrup əlili Paşazadə Amidin toy şənliyində iştirak ediblər.

Hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideyinlərinə gözaydınlığı verib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə əməkdar artistlər  Güllü Muradova, Elnur Zeynalov, tanınmış müğənnilər Yeganə Mürsəlova, Ülkər Abdullayeva və Habil Nuran iştirak ediblər.

Qeyd edək ki, Paşazadə Amid Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Vətən Müharibəsi qazisi Paşazadə Amid onlara göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər