Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatının kollektivini təbrik edib

21 noyabr 2025 | 12:54

Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının qərargahında kollektivlə görüşmüşdür. Görüş səmimi ortamda keçmiş, icra başçısı əməkdaşları bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

Cənab Müstəqim Məmmədov çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik dayağı, milli birlik və inkişafın aparıcı qüvvəsidir. O, Tərtərdə partiya təşkilatının təşəbbüskarlığını, vətəndaşlara xidmət yönümlü fəaliyyətini yüksək qiymətləndirmiş, gələcək işlərdə uğurlar arzulamışdır.

Tədbirin sonunda partiyanın 33 yaşını simvolizə edən tort kəsilmiş, iştirakçılar arasında bayram ovqatı yaşanmışdır. Sonda xatirə fotoları çəkilmişdir.

Keçidlər