Rayon rəhbəri yaralı hərbi qulluqçu ilə yenidən görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan rayonun Qaradağlı kənd sakini, N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən əsgəri, baş çavuş Nəcəfli Toğrul Mehdi oğlunu müalicə aldığı tibb müəssisəsindən evə qayıtdıqdan sora yenidən ziyarət edib, müalicəsinin gedişi və qayğıları ilə maraqlanıb, lazımi köməklik göstəriblər.
Toğrul Nəcəfov ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.