Rayon rəhbəri vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 27 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbulda vətəndaşlardan Zərnigar Əsgərova, Hökumə Verdiyeva, Ətayə Qasımova Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Ceyhun Əlizadə, Nurlan Əlizadə, Səbuhi və Nemət İbrahimovlar, Sərvan Nəbiyev işlə, Əskipara kənd sakinləri subartezian quyusunun təmiri, İslam Nəbizadə, Laləzar Məhərrəmova su növbəsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.