Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsinin mülki şəhidi Ayna Mehtiyevanın atasının yas mərasimində iştrak edib

26 avqust 2026 | 15:04

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Vətən müharibəsinin mülki şəhidi Ayna Mehtiyevanın atası Mehtiyev Məhəmmədəli Cəfər oğlunun üç mərasimində iştrak edib, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq norma və prinsiplərini, eləcə də 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Tərtər rayonunun mülki yaşayış məntəqələrini və dinc əhalini intensiv ağır artilleriya atəşinə tutmuşdur. Növbəti düşmən təxribatı nəticəsində 30 sentyabr 2020-ci il tarixdə Tərtər şəhər sakini, mülki şəxs, 1965-ci il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı şəhid olmuşdur.

Keçidlər