Rayon rəhbəri Vətən müharibəsi veteranı Əli Qarazadənin anasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının və rayon Ağsaqqallar şurasının sədrlərilə birlikdə Qaradağlı kəndindən olan Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Qarazadə Əli Ramil oğlunun anasının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Qarazadə Əli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”” medalları ilə təltif olunub.
Mərhumun yaxınları onlara göstərilən diqqətə görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.