Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Rəhimli Bəxtiyar Nəsimi oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Vətən müharibəsi şəhidlərindən biri də Tərtər şəhər sakini Rəhimli Bəxtiyar Nəsimi oğludur. Bəxtiyar 18 mart 2001-ci il tarixdə Tərtər şəhərində anadan olub, Fizuli rayonunun Seyidəhmədil kəndi istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Fizulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oktyabrın 7-də şəhidin ikinci ildönümü qeyd olunub. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə şəhidin yas mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı verib və Bəxtiyarın qısa, lakin həmyaşıdlarına örnək olan həyat yolundan söhbət açıblar.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!