Rayon rəhbəri Vətən müharibəsi şəhidi İsaxlı Anarın nənəsi və 3-cü dərəcəli Vətən Müharibəsi əlili İsaxov Rasimin anasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cəmilli kəndində Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun nənəsi və 3-cü dərəcəli Vətən Müharibəsi əlili İsaxov Rasimin anası Mativə İsaxovanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il may 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub.
Şəhid İsaxlı Anar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






