Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elnur Hüseynovun nənəsinin yas mərasimində iştirak edib

09 yanvar 2025 | 14:50

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonunun Kəbirli kəndində Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun nənəsi Ədibə Hüseynovanın yas mərasimində iştirak edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb.

Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,  “Suqovuşanın azad edilməsinə görə  medalları ilə təltif olunub.

Şəhidin ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər