Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Əliyev Elməddin İlqar oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət edib

29 sentyabr 2022 | 13:07

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Yuxarı Qapanlı kəndindən olan Vətən Müharibəsi şəhidi Əliyev Elməddin İlqar oğlunun ikinci ildönümü münasibəti ilə ailəsinə baş çəkib, onlara başsağlığı verib.

Şəhidin ruhuna dualar oxunub, onun keçdiyi ömür yoluna bir daha nəzər salınıb.

Rayon rəhbəri ailəyə səbr diləyərək, şəhidlərin Tanrı dərgahında öz yerinin olduğunu bildirib, onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "İgidliyə görə"   medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər