Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsi şəhidi Ələkbərli Ələkbər Ramiz oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

06 fevral 2023 | 12:57

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrlərilə birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbərli Ələkbər Ramiz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.

Ələkbərin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri  onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan, torpağı Vətənə çevirən Azərbaycanın Ələkbər kimi oğullarının unudulmadığını bildirib.

Qeyd edək ki, Ələkbər Ələkbərli  1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbərin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbirstanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər