Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə rayonun Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.
Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhuna dualar oxunub.
Aslanlı Orxan Şahmar oğlu 20 oktyabr 1992-ci ildə rayonun Səhləbad kəndində anadan olub. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin adına doğulduğu kənddə bulaq inşaa edilib.
Orxanın qısa, lakin mənalı ömür yolu gənclərimizə bir örnəkdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!