Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsi şəhidi Aslan Hüseynovun atası Malik Hüseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edib

10 dekabr 2024 | 14:27

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Hüseynov Aslan Malik oğlunun ailəsini ziyarət edib, atası Malik Hüseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, şəhid Hüseynov Aslan Malik oğlu 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  sağlığında "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və  "Vətən uğrunda",  "Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Aslan Hüseynovun  adı verilmişdir.

Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər