Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib

08 dekabr 2025 | 15:34

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib. Görüş zamanı rayon rəhbəri qonağın qayğı və problemləri ilə maraqlanıb, onun tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib və müvafiq tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparıb.

İcra başçısı çıxışında ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan, həmçinin bu sahədə dövlətin həyata keçirdiyi siyasətdən danışıb. O, bu tədbirlərin və sosial dəstəyin hər bir vətəndaş üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşün sonunda Azər Abdullayev rayon rəhbərinə Azərbaycanın xəritəsi təsvir olunan hədiyyə təqdim edib. O, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər