Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsi qazisini ziyarət edib

01 noyabr 2024 | 17:44

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət etməsi artıq bir ənənə halını alıb.

8 Noyabr – Zəfər günü ərəfəsində rayon rəhbəri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Hacallı kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sarıyev İntiqam İlham oğlunun ailəsini ziyarət edib, onun səhəti, qayğıları ilə maraqlanıb və yeni tikdirdiyi fərdi yaşayış evinə baxış keçirərək xeyir dua verib.

Rayon rəhbəri Şanlı Azərbaycan Ordusunun əsgəri kimi torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi igidliyə görə ona təşəkkürünü bildirib.

Görüş zamanı qazimiz Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışıb.

Qeyd edək ki, Vətən müharibəsi qazisi  İntiqam Sarıyev Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb.

Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə o,respublika prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Məlumat üçün bildirək ki, İntiqamın atası İlham Sarıyev də Birinci Qarabağ müharibəsi qazisi olub, dünyasını dəyişib.

İcra başçısı ulu Tanrıdan bütün şəhidlərimizə və dünyasını dəyişmiş qazilərə rəhmət diləyib.

Qazi İntiqam Sarıyev şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər