Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən müharibəsi əlillərinin müraciətlərini dinləyib

07 iyun 2023 | 15:12

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tərtər rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Bu tədbirlərin davamı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov bir qrup Vətən müharibəsi əlilini qəbul edib.

Rayon rəhbəri onların qayğıları ilə maraqlanaraq, suallarını cavablandırıb. Onların Vətən üçün, dövlət və xalq üçün dəyərli olduqlarını vurğulayaraq, şəhid ailələri və  müharibə əlillərinə, veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Qəbulda qazilər əsasən özlərinin və ailə üzvlərinin işlə təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunma, mənzillə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlələrlə bağlı rayon rəhbəri tərəfindən onlara müvafiq izahat verilib və həmin məsələlərin həlli istiqamətində aidiyyəti təşkilatlara müraciət ediləcəyi bildirilib.

Qəbulda iştirak edən Vətən müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər