Rayon rəhbəri Vətən Müharibəsi Əlilinin övladının kiçik toy məclisində iştirak edib
Tərtər rayonunun Evoğlu kəndində Üçüncü dərəcəli Vətən müharibəsi əlili Nifdalıyev Məhəbət Ədalət oğlunun kiçik toy mərasimi keçirilib.
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi qaziləri, veteranları, kənd sakinlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, Üçüncü dərəcəli Vətən müharibəsi əlili Nifdalıyev Məhəbət Ədalət oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.