Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri və Milli Məclisin deputatı Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlunun məzarını ziyarət ediblər

29 avqust 2022 | 12:07

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlunun atası, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxuyublar.

Sonra şəhidin atası ilə səmimi söhbət edib, qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin atası onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Keçidlər