Rayon rəhbəri və Milli Məclisin deputatı şəhidlərin məzarını ziyarət ediblər
29 avqust 2022 | 12:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Bakı şəhərində Şəhidlər Xiyabanına gedərək Tərtər rayonundan olan şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun və Evaris Paşayevin, ikinci Fəxri Xiyabanda isə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, polkovnik Şükür Həmidovun, Sumqayıt Şəhidlər Xiyabanında polkovnik-leytenant Raqif Orucovun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.