Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıq və tövsiyələr verib

09 may 2023 | 12:06

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli  2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il  tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi ilə  bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamların icrasını təmin etmək üçün Tərtər  Rayon İcra Hakimiyyətinin başçısı  tərəfindən 10  yanvar 2023-cü il tarixdə il ərzində keçiriləcək tədbirlərin təqvim planı təsdiq edilib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubiley tədbirlərinin keçirilməsi üçün yaradılmış təşkilat komitəsinin üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin təqvim planında nəzərdə tutulmuş, keçirilmiş tədbirləri müzakirə etmiş, keçiriləcək tədbirlər ilə bağlı təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıq və tövsiyələr vermişdir.

Keçidlər