Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Təzəkənd kəndində Aprel döyüşlərinin ikinci dərəcəli əlili Vüsal Abbasovu evində ziyarət edib

07 avqust 2024 | 11:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Təzəkənd  kəndində Aprel döyüşlərinin ikinci dərəcəli əlili Abbasov Vüsal Seymur oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Vüsal Abbasov 2016-cı il aprel ayının 1-də başlayan döyüşlərə qatılıb Tərtər rayonunun Talış kəndi ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Aprel ayının 5-də həmin istiqamətdə gedən döyüşlər zamanı sol çiyin nayihəsindən qəpə yarası almış və ehtiyata buraxılmışdır.

Vüsal Abbasov hərbi hissə qarşısında qoyulan tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif edilmişdir.

Vüsal Abbasova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər