Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə yeni təyin olunan rəisi qəbul edib

03 sentyabr 2024 | 17:51

03 sentyabr 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni təyin olunan rəisi Murad Zeynalovu qəbul edib.

Qəbulda Regional Su Meliorasiya Xidmətinin sektor müdiri Vasif Əliyev də iştirak edib.

Rayon rəhbəri ilk öncə yeni təyin olunan rəisi təbrik edərək, ona məsuliyyətli işində uğurlar arzulayıb. Sonra rayonun su təsərrüfatının mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə öz tövsiyyələrini verib.

Murad Zeynalov öz növbəsində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova təşəkkürünü bildirərək, rayonun su təminatının yaxşılaşdırılması istiqamətində var gücü ilə çalışacağını  bildirib.

Keçidlər