Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Tərtər Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisini qəbul edib

11 avqust 2026 | 10:47

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələr, rayonda su təsərrüfatının mövcud vəziyyəti və meliorasiya tədbirlərinin sürətləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rayon rəhbəri bildirib ki, Dövlət Proqramının uğurlu icrası rayonun kənd təsərrüfatı potesialının artırılması, əkin sahələrinin suvarma suyu ilə etibarlı təminatı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı əkin sahələrinin suvarma suyu ilə dayanıqlı təmin edilməsi, su resurslarından səmərəli və qənaətlə istifadə olunması, modern və müasir suvarma sistemlərinin (o cümlədən pivot suvarma sistemlərinin) geniş tətbiqi, habelə su itkilərinin qarşısının alınması istiqamətində görülən və planlaşdırılan işlər xüsusi vurğulanıb.

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov suvarma mövsümünün gedişatı, su kanallarının, arxların və meliorasiya qurğularının mövcud vəziyyəti, texniki baxış və təmir-bərpa işləri haqqında ətraflı məlumat verərərək bildirmişdir ki, hazırda idarə tərəfindən rayon ərazisində 27 min 513 hektar suvarılan sahəyə xidmət göstərilir.

Görüşün sonunda rayon rəhbəri tərəfindən su təchizatının daha da yaxşılaşdırılması, innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin minimuma endirilməsi və fermerlərin suvarma suyu ilə fasiləsiz təmin olunması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Keçidlər