Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

28 oktyabr 2025 | 12:27

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən maddi köməklik, işlə təmin olunma, həyətyanı və sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, ev tikilməsinə razılıq verilməsi, evinin təmir olunmasına köməklik, pay torpaq sahəsində olan mübahisə və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər