Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

05 sentyabr 2023 | 12:21

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 27 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, həyətyani torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi, pay torpaq sahəsinin suvarılması, maddi yardım, ev təmirinə köməklik, subartezian quyusunun qazılması, pay torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, bərpa olunan subartezian quyusunun istifadəyə verilməsi, ünvanlı sosial yardım və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər