Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 26 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, həyətyani torpaq sahəsi ilə təmin olunma, maddi yardım, pay torpaq sahəsinnin suvarılması, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, pay torpaq sahəsinin zəbt olunması, yeni quraşdırılmış su nasos stansiyasının elektrik xəttinə qoşulması, subartezian quyusunun təmiri, bələdiyyədən əkin üçün torpaq sahəsinin ayrılması, xəstəxana tərəfindən dərmanlarla təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.