Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə rayon sakinlərini qəbul edərək, onların müraciətlərini dinləyib.
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Sakinlər tərəfindən edilən müxtəlif məzmunlu müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.