Rayon rəhbəri Soyulan kəndində 73 yaşlı ağsaqqalı ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, Rayon Polis şöbəsinin rəisi müavini Elxan Zamanov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Soyulan kəndində yaşayan 73 yaşlı kənd ağsaqqalı Qasımov Elbrus Xosrov oğlunu ziyarət edib.
Görüş zamanı rayon rəhbəri ağsaqqalla səmimi söhbət aparıb, onun səhhəti, gündəlik qayğıları və yaşayış şəraiti ilə maraqlanıb, ağsaqqala diqqət və qayğı göstərilməsinin, yaşlı nəslin nümayəndələrinin problemlərinin daim diqqətdə saxlanılmasının vacibliyi vurğulayıb.
Səmimi söhbət zamanı icra başçısı ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, regionların inkişafına göstərilən diqqət və qayğıdan söz açıb.
Kənd ağsaqqalı ölkəmizdə həyata keçirilən sosial siyasəti yüksək qiymətləndirib, göstərilən diqqətə və qayğıya görə ağsaqqallar adından respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






