Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri SHXÇDX-nin rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədovu qəbul edib

10 avqust 2026 | 16:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədovu qəbul edib.

Qəbul zamanı rayon İcra Hakimiyyəti ilə xidmətin yerli şöbəsi arasında əməkdaşlıq məsələləri, çağırış işinin qanunvericiliyin tələblərinə uyğun təşkili və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi məsələləri müzakirə olunub. Həmçinin şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının problemlərinin vaxtında həlli və onların daima diqqətdə saxlanılması xüsusi vurğulanıb.

Rayon rəhbəri polkovnik-leytenant Ruslan Əhmədova xidməti fəaliyyətində uğurlar arzulayıb.

Polkovnik-leytenant Ruslan Əhmədov göstərilən diqqətə və samimi qəbula görə rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib.

Keçidlər