Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Taleh Məhərzadənin ailəsini ziyarət edib

28 sentyabr 2022 | 17:14

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaynaq kəndində doğulmuş, Vətən müharibəsində 28 sentyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məhərzadə Taleh Oktay oğlunun  ailəsində olub.

Şəhidin ailə üzvləri ilə görüşən rayon rəhbəri onlarla birlikdə 24 yaşlı Talehin keçdiyi döyüş yoluna nəzər salıb.

Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə isə müddətdən artıq hərbi xidmətə yazılıb. Onun qısa, ancaq mənalı ömür yolu, Vətənə olan sevgisi gənclərə bir örnəkdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”  medalları ilə təltif edilib.

Şəhidin ikinci ildönümündə onun xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı ailənin qayğıları ilə maraqlanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

“Şəhidlər ölməz, Vətən bölünməz!”

Keçidlər