Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Ruslan Əsgərovun ailəsini ziyarət edib

02 aprel 2026 | 14:45

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Kəngərli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əsgərov Ruslan İdris oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 

Qeyd edək ki, şəhid Əsgərov Ruslan İdris oğlu 1972-ci il dekabr ayının 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Kənd orta məktəbində natamam orta təhsilini aldıqdan sonra 183 №li Texniki Peşə Məktəbində təhsilini davam etdirib. 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Milli Ordunun tərkibində xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993-cü il fevral ayının 16-da Ağdərə bölgəsində erməni quldurlarına qarşı aparılan vuruşmalarda şəhid olub. Subay idi. Kəngərli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər