Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid övladının toy şənliyində iştirak edib

08 iyun 2025 | 19:41

Tərtər rayonunun Seydimli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Raqif Aslan oğlunun övladı Məmmədov Ceyhunun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

Qeyd edək ki,Məmmədov Raqif Aslan oğlu 1963-cü il dekabr ayının 27-də Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1982-1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı N.Nərimanov adina kolxozda sürücü işləmişdir. Qarabağ uğrunda müharibənin şiddətləndiyi bir vaxtda, 1993-cü ilin noyabr ayının 7-də rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. Bu hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 30-da Akop-Kamari kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Evli idi. Aygün adlı bir qızı, Ceyhun adlı bir oğlu var. Seydimli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər