Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Mübariz Süleymanovun ailəsini ziyarət edib

19 fevral 2026 | 15:05

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla  birlikdə Sarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi Süleymanov Mübariz Böyükkişi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Süleymanov Mübariz Böyükkişi oğlu 1974-cü il iyul ayının 26-da Tərtər rayonunun Sarov kəndində anadan olub. Sarov kənd orta məktəbini bitirib. Orta məktəbdə təhsilini başa vurduqdan sonra Mingəçevir şəhər 76 nömrəli Texniki Peşə Məktəbində oxuyub. 1992-ci ilin dekabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissənin tərkibində Tərtər batalyonunda xidmət etməyə başlayıb. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il aprel ayının 8-də Ağdərə bölgəsinin Çardaqlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Sarov kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər