Rayon rəhbəri şəhid Məmmədov Elmanın ailəsini ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Borsunlu kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elman Bəhmən oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Elmir Valeh oğlunun anası Xanımzər Əliyeva, Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi oğlunun bacısı Axundova Şəhla Mehdi qızı iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Elman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Məmmədov oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Məmmədov ölümündən sonra “Cəsur döyüşçü”, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.






