Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Məmmədli Turalın ailəsini ziyarət edib

07 yanvar 2026 | 14:50

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Bəyimsarov kəndində Vətən müharibəsi şəhidi Məmədəli Tural Aqil oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Məmədəli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub.

Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikasl Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda”  medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər