Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid İsax Rəhimovun ailəsini ziyarət edib

03 aprel 2025 | 14:40

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Azad Qaraqoyunlu  kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rəhimov İsax İsi oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Görüşdə Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Kamil Miri oğlunun həyat yoldaşı İsmayılova Xuraman Sarı qızı və 3-cü dərəcəli Vətən müharibəsi əlili Abbaslı Sadiq Rafael oğlu da orda iştirak edibiştirak ediblər.

Qeyd edək ki, şəhid Rəhimov İsax İsi oğlu 1975-ci il fevral ayının 26-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Fizuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmiş və komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 1994-cü il dekabr ayının 28-də Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər