Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Əliyev Salaməddin anası Əliyeva Şərafəti 70 illik yubileyi münasibəti ilə təbrik edib

20 mart 2025 | 15:14

“Konstitusiya və Suverenlik İli” ilə bağlı, Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qazyan kəndində şəhid Əliyev Salaməddin Yusif oğlunun ailəsində olub, anası Əliyeva Şərafəti 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Şəhid Əliyev Salaməddin Yusif oğlu 1979-cu il oktyabr ayının 5-də Qazyan kəndində anadan olmuşdur. 1997-ci ildə Qazyan kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasına getmiş və 2001-ci ilin oktyabr ayınadək orada olmuşdur. 2001-ci il oktyabr ayının 2-də Tərtər rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissədə kəşfiyyat bölüyünün əsgəri olmuşdur. 25 iyun 2002-ci il tarixdə verilmiş hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Yusifcanlı kəndində düşmən tərəfindən atılan güllədən aldığı xəsarət nəticəsində şəhid olmuşdur.

Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər