Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Baxışlı Baxışın qırx mərasimində iştirak edib

19 iyul 2024 | 12:55

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlunun qırx mərasimi keçirilib.

Mərasimdə şəhidin doğmaları ilə yanaşı  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Rəsul Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər  iştirak edib.

Əvvəlcə İcra başçısı hüquq mühafizə orqanlarının rəhbərlərilə birlikdə şəhidin qəbirüstü abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb ruhuna dualar oxunub.

Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.

Subay idi.

Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər