Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Aysənan Abbasovun xalasının yas mərasimində iştrak edib

20 may 2026 | 14:21

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Seydimli kəndində Vətən müharibəsi şəhidi Aysənan Abbasovun xalası Novruzova Zəhra Həsən qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, şəhid Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür. Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı-5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına xatirə abidəsi ucaldılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər