Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid atasının yas mərasimində iştirak edib

25 may 2024 | 12:51

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərlərilə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Sarıyev İlham Əli oğlunun atasının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, şəhid Sarıyev İlham Əli oğlu 1972-ci il mart ayının 24-də Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 2 saylı orta məktəbdə aldıqdan sonra 1990-cı ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 41 saylı Səyyar Mexanikləşdirilmiş Tikinti Sahəsində və sonra Tərtər Pambıqtəmizləmə zavodunda işləmişdir. Erməni işğalçılarının torpaqlarımızda törətdiyi vəhşiliklərə dözməyərək 1993-cü il aprel ayının 12-də könüllü olaraq Milli Ordunun N saylı hərbi hissəsinə daxil olmuşdur. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işgalçılarına qarşı aparılan döyüşlərdə istirak etmişdir. 1994-cü il yanvar ayının 7-də Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur.

Subay idi. Tərtər səhər qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər