Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid atasının yas mərasimində iştirak edib

17 iyul 2024 | 15:09

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Habil Vəli oğlunun atası Hüseynov Vəli Xəlil oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, şəhid Habil Hüseynov 1970-ci il noyabr ayının 14-də Ermənistan Respublikasının Masis rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini həmin kənd orta maktəbində alıb. Orta təhsilini basa vurduqdan sonra 1988-ci ildə Masis rayonunda Kənd Təsərrüfat Texnikumunun Mexanizasiya fakultəsinə daxil olub. Hərbi xidmət yaşı catdıqda təhsilini yarımçıq qoyub, keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə gedib.

1988-ci il Qarabağ hadisələri ilə baglı ailəsi Ermanistandan məcburi köçürülmüş və Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışlar. 1990-cı ildə hərbi xidmətini başa vuraraq ailəsinin məskunlaşdığı Tərtər rayonuna gəlib. Erməni işğalçılarına qarşı könüllü mübarizəyə qalxaraq 157 saylı hərbi hissənin tərkibinə daxil olub. Bu hərbi hissənin tərkibində Goranboy bölgəsində erməni işgalçılarına qarşı aparılan döyüşlərdə istirak edib. 1994-cü il yanvar ayının 9-da Gulüstan-Keçəldağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Evli idi. İlkin adlı bir oglu və İntizar adlı bir qızı var. Bəyimsarov kənd qəbiristanlıgında dəfn olunub.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər