Rayon rəhbəri şəhid atasının üç mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şirinov Məzahir Qabil oğlunun atası Qabil Şirinovun üç mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Şirinov Məzahir Qabil oğlu 1968-ci il sentyabr ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqan sonra dogma kəndlərində Engels adına kolxozda kolxozçu işləyib. 1991-ci ildə Mingəçevir Politexnik İnistitunun avtomobil nəqliyyatının istismarı fakultəsinə qəbul olub. Ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərə dözməyərək 1992-ci ilin dekabr ayının 20-də institutun 2-ci kursunda oxuyarkən könüllü olaraq Milli Ordu sıralarına daxil olub. Xidmət etdiyi 123 saylı hərbi hissənin tərkibində Agdərə bölgəsində ermani isğalçılarına qarşı aparılan döyüşlərdə istirak edib. 1993-cü il yanvar ayının 16-da Vəng yaxınlıgındakı Dovşanlı kəndi ugrunda gedən döyüşdə itkin düşüb. Subay idi.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.