Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid atasının üç mərasimində iştirak edib

07 avqust 2025 | 15:20

Tərtər rayonunun Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Siyavuş Qaçayevin atası Musa Qaçayevin üç mərasimi keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, Qaçayev Siyavuş Musa oğlu 1975-ci il yanvar ayının 23-də Tərtər rayonunun Qaradağlı kəndində doğulmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. 1993-cü ilin aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi N saylı hərbi hissənin əsgəri kimi Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 4-də Ağdam rayonunun Papravend kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Qaradağlı kənd qəbiristanlığında dəfn olunub.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər