Rayon rəhbəri şəhid atası Lətif Məmmədovu 85 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Güləbatlı kəndində şəhid Məmmədov Haqverdi Lətif oğlunun atası Məmmədov Lətif Qənbər oğlunun 85 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, Məmmədov Haqverdi Lətif oğlu 1974-cü il iyul ayının 24-də Tərtər rayonunun Güləbatlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini həmin kənddə aldıqdan sonra Buruc kənd orta məktəbində orta təhsilini başa vurub 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olur. 1992- ci ilin oktyabr ayında keçmiş "Şəfəq" kolxozunda istehsalat təcrübəsində olarkən həmin ayın 8-də Milli Ordunun əsgərlərinə kömək məqsədilə ön cəbhəyə gedərkən Ağdərə rayonunun Çardaxlı kəndində minaya düşərək həlak olmuşdur. Subay idi. Güləbatlı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər






