Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Arzuman Zeynallının anasının yas mərasimində iştrak edib

25 sentyabr 2026 | 17:22

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov birlikdə Köçərli kəndində şəhid Zeynallı Arzuman Akif oğlunun anası Hüseynova Etibar İmran qızının yas mərasimində iştrak edib, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, şəhid Arzuman Zeynallı 1991-ci il oktyabrın 2-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. O, 2010-cu ildə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olarkən xidməti tapşırığı yerinə yetirərkən şəhid olub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər