Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid anasının yas mərasimində iştirak edib

13 oktyabr 2025 | 15:46

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Borsunlu kəndində Birinci Qarabağ Müharibəsinin şəhidi Təmirazov Murad Səməddin oğlunun anası Zərifə Təmirazovanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, şəhid Murad Təmirazov 1961-cı ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdərə rayonun istiqmətində itkin düşmüşdür. 

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər