Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid anasının yas mərasimində iştirak edib

21 yanvar 2026 | 14:19

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər rayonunun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Həbib Təhməz oğlunun anası Hüseynova Tamaşa Rəhim qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, Hüseynov Həbib Təhməz oğlu 1973-cü il oktyabr ayının 8-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 1992-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət Bakıda Nasosnuda hərbi təlim keçdikdən sonra Milli Ordu sıralarında erməni təcavüzkarlarına qarşı aparılan mübarizəyə qoşulub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdam bölgəsinə gəlib və orada vətən torpağının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il oktyabr ayının 1-də Ağdam rayonunun Maqsudlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Mamırlı kənd qəbiristanlığında dəfn edilib. Mamırlı kənd tam orta məktəbi şəhidin adını daşıyır.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər