Rayon rəhbəri şəhid anasının yas mərasimində iştirak edib
06 dekabr 2025 | 12:52
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Hətəmi Bəhruz Mədət oğlunun anası Əzizova Sitarə Məhəmmədəli qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Hətəmi Bəhruz Mədət oğlu 1989-cu il aprelin 3-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Erməni qəsbkarlarının atəşkəsi pozması nəticəsində aparılan döyüş zamanı 28 yanvar 2008-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Tərtər rayon Buruc kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






